Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Avropa Birliyi Yunanıstana yardımı gecikdirir


Avropa Birliyi Yunanıstana söz verdiyi yardımın növbəti hissəsini gecikdirəcək. Avrozona ölkələrinin iyunun 20-də Lüksemburqda keçirilən görüşündə belə qərar verilib.

Qərara görə, Yunanıstan 12 milyard avroluq tranşı ancaq iyulun ortasında ala biləcək. Əgər, Yunanıstan parlamenti daha sərt qənaət tədbirləri, vergilərin artırılması və bəzi dövlət mülkiyyətinin satılması ilə bağlı qanunu qəbul etsə.

Yunanıstanın Baş naziri George Papandreou xalqa və parlamentə müraciətində deyib ki, fəlakətli müflislikdən qurtulmaq üçün yunanlar qənaət tədbirlərini dəstəkləməlidirlər.
XS
SM
MD
LG