Freedom House Azərbaycanda amerikalı jurnalist və britaniyalı insan haqları fəalına amansız hücumdan hiddətləndiyini bildirib. Təşkilat bu gün yaydığı bəyanatda Azərbaycan hakimiyyətini təcili olaraq hücumu pisləməyə və günahkarları tapmaq üçün araşdırma aparmağa çağırıb.
Müstəqil jurnalist Amanda Erickson və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutun nümayəndəsi Celia Davies ötən Çərşənbə günü evlərinə gedərkən döyülmüşdülər.
Freedom House bildirir ki, bu hücumlar Azərbaycanda jurnalistlər və insan haqları fəallarının necə çətin şəraitdə çalışdıqlarını və təzyiqlərə məruz qaldığına daha bir nümunədir.
İnsan hüquqları təşkilatları bu hücumu peşə fəaliyyəti ilə bağlayır.