Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Azərbaycan klublarının Avropa Liqasındakı rəqibləri müəyyənləşdi


İyunun 20-də İsveçrənin Nyon şəhərində Avroliqanın 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatması keçirilib.

Azərbaycanı turnirdə təmsil edəcək «Qarabağ» və AZAL klubları Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

«Banqa» (Litva) – «Qarabağ» (Azərbaycan)
«Minsk» (Belarus) - AZAL (Azərbaycan)


İlk oyunlar iyunun 30-da, cavab oyunları isə iyulun 7-də baş tutacaq.

Azərbaycan kubokunun builki sahibi «Xəzər Lənkəran» isə turnirə ikinci mərhələdən qoşulacaq.

«Xəzər Lənkəran» (Azərbaycan) – «Makkabi» (İsrail)

İlk oyun iyulun 14-də, cavab oyunu isə iyulun 21-də keçiriləcək.
XS
SM
MD
LG