Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Hərbi paradda «S-300» zenit-raket kompleksi nümayiş olunacaq


«S-300 PMU2» «Favorit»
«S-300 PMU2» «Favorit»
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun arsenalındakı ən son model silah və hərbi texnikalar nümayiş olunacaq.

Bu barədə «APA»ya hərbi mənbələrdən məlumat verilib.

Paradda ilk dəfə olaraq Azərbaycanın Rusiyadan aldığı «S-300» zenit-raket kompleksi də nümayiş olunacaq. «S-300 PMU2» «Favorit» tipli bu zenit-raket kompleksi «Azadlıq» meydanında tribuna önündən keçəcək.

Paradda ilk dəfə olaraq yerli istehsal olan hərbi texnika və silahlar da nümayiş olunacaq.
XS
SM
MD
LG