Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 14:19

Tunisdə keçmiş prezidentin məhkəməsi başlanır

Bu gün Tunisdə keçmiş prezident Zine el Abidin Ben Alinin qiyabi məhkəməsi başlanır.

Keçmiş prezidentə qarşı korrupsiya və narkotik qaçaqçılığı da daxil olmaqla 90 bənddən artıq ittiham irəli sürülüb. Ben Ali ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edir.

Bu barədə onun vəkili xəbər verir.

Zine el Abidin Ben Ali bu ilin yanvarında kütləvi etirazlardan sonra Tunisi tərk edib. O 23 il hakimiyyətdə olub.
This item is part of
XS
SM
MD
LG