Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 07:13

Yəməndə 12 yaraqlı öldürülüb

Yəməndə hərbçilərlə atışmada Əl Qaidə ilə əlbir olan terrorçu qrupun 12 üzvü öldürülüb.

Yerli komandanlığın verdiyi məlumata görə, toqquşma mayın sonunda yaraqlıların ələ keçirdiyi Zincibar şəhərinin ətrafında baş verib.

Həmin vaxt getmiş döyüşlərdə 140 adam ölüb ki, onlardan 80-ə yaxını hərbçilərdir.

Hakimiyyət buna görə ekstremist qüvvələri günahlandırır.

Müxalifət isə hesab edir ki, hökumət qərbin diqqətini kütləvi etirazlardan yayındırmaq üçün bununla ölkədə terror təhlükəsinin yüksək olduğunu göstərməyə çalışır.
This item is part of
XS
SM
MD
LG