Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:34

Hüquq müdafiəçisi Elena Bonner 88 yaşında vəfat edib



Rusiyanın tanınmış hüquq müdafiəçisi və ictimai xadim, akademik Andrey Saxarovun həyat yoldaşı Yelena Bonner üzun sürən xəstəlikdən sonra şənbə günü Bostonda (ABŞ) 88 yaşında vəfat edib.

O 1970-ci illərdə keçmiş SSRİ-də insan hüquqlarının müdafiəsi hərəkatının fəal iştirakçılarından və Moskva Helsinki qrupunun yaradıcılarından biriydi.

Yelena Bonner 1980-ci illərdə Andrey Saxarovla birlikdə Qorkiyə sürgün edilib.

1989-cu ildə Saxarovun vəfatından sonra hüquq müdafiəçisi, ictimai xadim və publisist kimi fəaliyyətini davam etdirir, Çeçenistan müharibəsinə qarşı çıxırdı.

O, keçən il Rusiya Putinin istefasına çağıran müraciətinə ilk imza atanlardan biri idi.

Yelena Bonner həyat yoldaşı, anası və qardaşının dəfn olunduğu Moskvanın Vostryakovsk qəbiristanlığında dəfn olunacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri Audronius Ažubalis Yelena Bonnerin ölümü ilə bağlı başsağlığı verib və onu Sovet məkanında Helsinki Yekun Aktında təsbit edilmiş insan haqlarının Sovet məkanında yayılmasının əsas ilhamvericisi adlandırıb.
XS
SM
MD
LG