«Panorama» verilişində suallara «Xalq qəzeti»nin redaktor müavini Tahir Aydınoğlu və «Yeni Müsavat» saytının redaktoru Xalid Kazımlı cavab verir.
Tahir Aydınoğlu:
«MÜXALİFƏT HAKİMİYYƏTDƏ OLARSA, O DA EYNİ İSTƏK ORTAYA QOYACAQ»
- Bilirsiniz, məsələ belədir. Müxalifət özünə sərf edən yer istəyir. Bakı şəhər İcra Hakimiyyəti də müxalifətə özünə sərf edən yer təklif edir. Şəhərin mərkəzində keçirilən hər hansı aksiya qığılcım rolunu oynaya bilər. Ancaq şəhərin kənarında bu xeyli dərəcədə istisna olunur. Mənə elə gəlir ki, bugünkü müxalifət hakimiyyətdə olarsa, o da eyni istək ortaya qoyacaq. Həmişə müxalifətin gücü hakimiyyəti aşırı güzəştlərə sövq edir. Müxalifət umur ki, bu güzəştlər olsun. Ancaq güzəştə nail olmaq üçün müxalifətin gücü olmalıdır. Müxalifət bu gücü göstərmirsə, göstərə bilmirsə... Mən xatırlayıram, bir dəfə Ramil Usubov dedi ki, müxalifət bir meydana 80 min adam çıxarsa, biz bunu xalqın narazılığı kimi qəbul edərik və onu dağıda bilmərik. Ancaq 1000 nəfərə, 500 nəfərə icazə verilmirsə və onlar aksiya keçirməkdə israr edəcəklərsə, biz onları dağıdacağıq. Məsələ bitmir. Bir neçə dəfədir müxalifət şəhərin mərkəzində aksiyalara cəhd edir. Bundan zərərdidə olurlar, həbs olunurlar. Onların ailəsi var. Güman etmirəm ki, hakimiyyət də prosesin belə gedişini arzulasın. Deməli, problem var və bu problem demokratik yolla həllini tapmalıdır.
Xalid Kazımlı:
«HAKİMİYYƏT MÜXALİFƏTİ DAR ÇƏRÇİVƏDƏ SAXLAYIR VƏ ONA KİM OLDUĞUNU BU ŞƏKİLDƏ ANLATMAQ İSTƏYİR»
- Hakimiyyət hesab edir ki, müxalifət «Azadlıq» meydanında mitinq keçirsə, ora əvvəlcə 2 min, 3 min adam gələcək. Sonra meydanın cazibəsindən ora 50 min, 80 min adam toplaşacaq. Nəticədə proses idarəolunmaz xarakter daşıyacaq. Hakimiyyət bu qorxudan da müxalifətə şəhərin mərkəzində aksiya keçirməyə icazə vermir. Müxalifətin «20-ci sahə»də «Sürücülük» meydanına getməməsi də ondan irəli gəlir ki, orada ümumiyyətlə, kütləvi aksiya keçirməyə imkan yoxdur. Burada hakimiyyətin qəribə inadkarlığı özünü göstərir. Hakimiyyət müxalifətin fəaliyyətini çərçivəyə almaq istəyir. Yəni, müxalifəti dar çərçivədə saxlayır və ona kim olduğunu bu şəkildə anlatmaq istəyir. İndi mitinqlərə müxalifət partiyalarından ən sədaqətli, bir növ fanat insanlar gedir. Orada-burada narazılar, hər gün Prezident Administrasiyasının qarşısına toplaşan insanlar isə hələ gözləmə mövqeyi tutur. Böyük meydanlarda icazəli aksiyalara şərait yaransa, onlar da meydana gələcəklər. İndi Ermənistanda Yerevanın mərkəzində aksiyalara icazə verilir. Bununla orada hakimiyyət dəyişəcəkmi? Görükən odur ki, demokratiya sarıdan Ermənistan bizi qabaqlayır.