Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 00:18

BMT Əl Qaidə ilə Talibanın qara siyahısını ayırıb


BMT-nin təhlükəsizlik şurası “Əl Qaidə” və “Taliban” a qarşı sanksiyalarla bağlı 2 ayrı qətnamə qəbul edib.

Bundan əvvəl bu sanksiyalara düşən əl Qaidə və talibançıların hamısı bir siyahıya salınmışdı.

Amma indi bu siyahılar ayrı olacaq.

Almaniyanın BMT-ki daimi elçisi Peter Wittig bildirib ki, indi Əfqanıstan hökuməti sanksiyalara düşən şəxslərin siyahıdan çıxarılması və ya ora salınmasında böyük rol oynayacaq və bu Əfqanıstanda barışığa xidmət edəcək.

Həmçinin Birləşmiş Ştatların BMT-ki elçisi Susan Rice təhlükəsizlik şurasının qərarını vacib addım adlandırıb.
XS
SM
MD
LG