Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlir


Azərbaycan-ABŞ hərbi təlimləri, 24 aprel 2009
Azərbaycan-ABŞ hərbi təlimləri, 24 aprel 2009
ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro (Andrew Shapiro) iyunun 24-də Azərbaycana gəlir.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Dövlət katibinin köməkçisi iyunun 18-25 Fransa, Almaniya və Azərbaycanda səfərdə olacaq. Yüksəkvəzifəli mülki və hərbi rəsmilərlə görüşəcək, təhlükəsizlik probleminin həllinə dair diplomatik təşəbbüslər barədə müzakirələr aparacaq.

Bakıya səfəri zamanı isə ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunda ABŞ nümayəndə heyətinə başçılıq edəcək. Beynəlxalq təhlükəsizlik məsələləri və dəniz təhlükəsizliyi, terrorla mübarizə, sərhəd təhlükəsizliyi, nüvə silahının yayılmaması sahələrində ikitərəfli əməkdaşlıq müzakirə olunacaq.
XS
SM
MD
LG