Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Naxçıvanda yanacağın qiyməti qalxıb?


Arxiv foto
Arxiv foto
Naxçıvanın bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti qalxıb. Bunu AzadlıqRadiosuna bir qrup Naxçıvan sakini deyib. Onlardan Mərdan Əliyevin bildirdiyinə görə yanacaqdoldurma məntəqələrində admbaşına 5 litrdən artıq dizel yanacağı satılmır. Amma onun deməsinə görə, bu limit Türkiyəyə dizel yanacağı daşıyan yanacaq tacirlərinə aid deyil. Onlar yanacaqdoldurma məntəqələrindən istədikləri qədər yanacaq ala bilirlər:

««Salyarka»nın qiyməti 70-80 qəpiyə qalxıb. 5 litirdən artıq vermirlər. Mənim yük maşınım «salyarka» ilə işləyir. 5 litrlə hara gedib çıxa bilərəm. Alverçilər köhnə qiymətə, həm də istədikləri qədər yanacaq ala bilirlər. Həmin yanacağı aparıb Türkiyədə baha qiymətə satırlar, biz də burada çətinlik çəkirik. Əgər ölkədə yanacaq qıtlığı varsa, bu qanun niyə hamıya şamil olunmur?».

Muxtar Respublikanın Bakıdakı nümayəndəliyi isə deyilənləri təkzib edir.

Nümayəndəliyin rəhbəri Həsən Hacıyev AzadlıRadiosuna bildirib ki, «Naxçıvanda yanacağın qiymətinin qalxması və dizel yanacağının limitlə satılması barədə deyilənlər həqiqətə uyğun deyil».
XS
SM
MD
LG