Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:15

Mətbuat Şurası xarici jurnalistlərin döyülməsini pislədi


Amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Celia Daviesin iki gün əvvəl hücuma məruz qalmasını Şuranın İdarə Heyəti iyunun 17-də keçirdiyi iclasda müzakirə edib.

Şura üzvü, 525-ci qəzetin redaktoru Rəşad Məcid bu barədə AzadlıqRadiosuna məlumat verib:

MƏTBUAT ŞURASI POLİSƏ MÜRACİƏT EDİB

«Bu gün biz Mətbuat Şurasının İdarə Heyətinin iclasına toplaşmışdıq. Orda da bu məsələyə münasibət bildirildi, pislənildi bu məsələ və qərara alındı ki, müraciət edilsin ki, bu hadisəni törədənlər tapılsın».

Bu faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-ci polis bölməsində təhqiqata başlanılıb. Bölmədən verilən məlumata görə, hələlik Celia DaviesAmanda Ericksonu döyən şəxslərin kimliyi müəyyən edilməyib.

Yasamal rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun isə ANS-ə dediyinə görə, iyunun 15-də gecə jurnalistlər tində dayanan oğlanların yanından keçərkən gənclərdən biri onlara söz atıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi qaldırılıb.

BUNUN ARXASINDA NƏ DURUB?

Şahin Hacıyev
Turan İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev deyir ki, istər siyasi motiv olsun, istər məişət zəminində münaqişə, bu, Azərbaycanın başını aşağı edən hadisədir:

«Bunun arxasında nə durub? Əgər bunun arxasında xarici jurnalistlərə qarşı düşünülmüş bir provokasiya durursa, deməli, dövlət səviyyəsində aparılan siyasətin bir göstəricisidir. Ən pis bu ola bilər. Yox, əgər bu, xuliqanlıqdır, qızlara sataşmaqdırsa, bu da yaxşı bir şey deyil, problemin digər bir səviyyəsidir. Bu tipli hal baş verirsə, ölkəyə yalnız mənfi təsir göstərə bilər, mahiyyətindən asılı olmayaraq».

2011-ci ilin əvvəlindən «Azadlıq » qəzetinin iki əməkdaşı- Seymur HəziyevRamin Deko naməlum şəxslər tərəfindən oğurlanıb döyüldüklərini bildiriblər.

«Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevin döyülməsilə bağlı aprel ayından başlayan istintaq hələ davam edir. O, öz vəziyyətini yazılmamış tragikomediyanın mətninə bənzədir:

Seymur Həziyev
İSTİNTAQ MÜTƏXƏSSİS TAPMIR

«Mənim işimi araşdıran hüquq-mühafizə orqanları Azercell, Bakcel və Nar-Mobile-a müraciət edib, həmin vaxt hadisə baş verən, mənim olduğum ərazi - mən bilmirəm, gətirib atıldığım ərazidə olmuşam, yoxsa qıraqda olmuşam – bu ərazinin antenalarından danışıqları müəyyən etmək üçün zəng edilmiş nömrələri yığıblar. İndi müstəntiq deyir ki, «mütəxəssis tap gətir, bunları araşdıraq, hüquq mühafizə orqanlarının bunu araşdırmaq imkanı yoxdur». Belə bir absurd vəziyyət yaranıb».

Seymur Həziyev hesab edir ki, Azərbaycanda «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edən jurnalistin döyülməsi yerli tənqidçi jurnalistlər üçün də bir mesajdır.

Amanda EricksonCelia Davies yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirlər.

Bu ilin apreldə İsveçdən olan üç jurnalist Bakıda saxlanılmış, bir gün sonra isə deportasiya olunmuşdu.
XS
SM
MD
LG