Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:15

Əsgər hərbçi yoldaşını qətlə yetirib


Azərbaycan Ordusunda iki ölüm hadisəsi baş verib.

Hər iki hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinə daxil olan hərbi hissələrdə qeydə alınıb.

Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissədə əsgər Mərdan Bəşirov SVD silahından açdığı atəş nəticəsində əsgər Vüsal Əlizadəni qətlə yetirib.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Digər hadisə isə Ağstafa rayonunda yerləşən «N» saylı hərbi hissədə baş verib. Kiçik çavuş Kənan Muradov dövlət nişanı olmayan motosikletlə gedərkən Ağstafa-Sadıxlı yolunda idarəetməni itirərək, onu aşırıb.

Hərbçi hadisə yerində həlak olub.

Hər iki hadisənin iyunun 16-da baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya hər iki faktı təsdiqləyib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG