Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:49

11-ci sinif şagirdləri üçün son buraxılış imtahanları keçirilir


Azərbaycan Təhsil Nazirliyi 2010-2011-ci tədris ili üçün ölkədə tam orta təhsil səviyyəsi (11-ci sinif) üzrə buraxılış imtahanlarının keçirilməsini yekunlaşdırır.

Təhsil Nazirliyindən «AzərTAc»a bildiriblər ki, son imtahanlar iyunun 17-də Bakı şəhəri üzrə keçirilir. 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları saat 10:00-da başlayıb və üç saat davam edəcək. İmtahana paytaxtın 23 minə yaxın XI sinif şagirdi qatılıb.

9-cu sinif şagirdləri üçün isə imtahanlar iyunun 18-də keçiriləcək və 1.5 saat müddətində başa çatacaqdır. Bu imtahanlarda 31 minə yaxın 9-cu sinif məzunu iştirak edəcək.

Bütün buraxılış imtahanlarının nəticələri iyunun 20-dən sonra nazirliyin www.exam.edu.gov.az saytında yerləşdiriləcək.

Təhsil Nazirliyi buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlayıb. Artıq 6 buraxılış imtahanları keçirilib.

Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

2010-2011-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək.
XS
SM
MD
LG