Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:58

Meriya İctimai Palataya yenə «20-ci sahə»ni göstərdi


Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın iyunun 19-da Bakının «Nərimanov» kinoteatrının qarşısına təyin etdiyi mitinqi sanksiyalaşdırmaq müraciətinə mənfi cavab verib.

Bu haqda AzadlıqRadiosuna Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.

Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunda qeyd olunub ki, «Nərimanov» kinoteatrının qarşısındakı meydan nəqliyyatın intensiv hərəkət etdiyi, insanların istirahət etdiyi ərazidir:

«Həmin ərazidə hər hansı toplantının təhlükəsizliyinə təminat verilmir. Bakı şəhər İcra Hakimiyyəti mitinqi 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin meydançasında keçirilməsini təklif edir».

T. Yaqublu isə deyir ki, icra hakimiyyətinin cavabından asılı olmayaraq, İctimai Palata mitinqi keçirməkdə israrlıdır:

«İyunun 16-da İctimai Palatanın Koordinasiya Şurasının iclasında meriyanın cavabı müzakirə olunub. Mitinqin iyunun 19-u «Nərimanov» kinoteatrının qarşısında keçirilməsi haqda qərar qüvvədə saxlanılıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG