Bu il Konstitusiya Məhkəməsinə edilən müraciət və şikayətlər bir qədər artıb. Şikayətlər əsasən mülkiyyət hüququ ilə bağlıdır.
Bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
O deyib ki, il ərzində Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 700-800 müraciət daxil olur. Son 6 ay ərzində şikayətlərlə bağlı artıq 12 qərar çıxarılıb. Yaxın günlərdə də bir neçə qərar olacaq:
«Məhkəmələrdən də Konstitusiya Məhkəməsinə edilən müraciətlərin sayı artıb. Qanunun tətbiqi, baxdıqları işlərlə əlaqədar müəyyən çətinliklərlə rastlaşdıqda, bizə müraciət edirlər. Bizim tərəfimizdən isə əlaqədar rəsmi izahatlar verilir və məhkəmələr hüquq mənbəyi kimi istifadə edirlər. İl ərzində belə müraciətlərin sayı 15-ə qədər olub».
F. Abdullayev onu da xatırladıb ki, Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclis tərəfindən 8 qanunda dəyişiklik edilib. /APA/