Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:41

ATƏT-in Minsk qrupu fəaliyyətindən razıdır


Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri
Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ nizamlanmasının indiki mərhələsində öz fəaliyyətini səmərəli sayır.

ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke Avropa Parlamentində keçirilən dinləmələrdə deyib.

Minsk qrupu formatının çevik olduğunu və regiondakı bütün dəyişikliklərə cəld reaksiya verdiyini deyən Bradtke, gələcəkdə Avropa Birliyinin münaqişənin həllində böyük rol oynayacağını vurğulayıb.

Həmçinin fransalı həmsədr Bernar Fasye münaqişənin həllində Avropa Birliyinin rolunun həlledici olduğunu deyib.

O qeyd edib ki, birliyin minimum rolu münaqişə aparan hər iki ölkədə vətəndaş cəmiyyətini hazırlamaqdır.
XS
SM
MD
LG