İyunun 13-dən 14-ə keçən gecə Ağsu rayonuna yağan güclü leysan və dağlardan gələn sel kəndlərə ciddi ziyan vurub, 5 kəndlə əlaqə kəsilib.
Ağsu çayının Kalva kəndindən keçən hissəsində avtomobil körpüsü dağılıb. 82 metrlik körpü yararsız hala düşüb.
Bu barədə AzadlıqRadiosuna Ağsu rayon İcra Hakimiyyətinin 1-ci müavini Rasim Novruzov məlumat verib.
Ağsuçay və Girdiman çayında suyun səviyyəsi qalxıb. Sel suları Ağsu çayındakı 3 bəndi dağıdıb.