Keçid linkləri

2026, 20 İyul, bazar ertəsi, Bakı vaxtı 02:55

Əfqanıstanda partlayış və sui-qəsd olub

Əfqanıstanda Kapis əyalətində baş verən partlayış nəticəsində azı 8 adam ölüb.

Hakimiyyət orqanlarının verdiyi məlumata görə, intiharçı partlayışı əyalətin qubernatorluğu qarşısında törədib. Ölənlər arasında polislər də var.

Vardak əyalətində isə Əfqanıstanın vitse-prezidenti Karim Halil və daxili işlər naziri Besmulla Mohammedə sui-qəsd edilib. Silahlılar dövlət məmurlarının qarşısından keçdiyi polis bölməsi ətrafına raket zərbəsi endirib. Xəsarət alan olmayıb.
This item is part of
XS
SM
MD
LG