Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Mahmud Əhmədinejad İlham Əliyevi İrana dəvət edib


İran prezidenti Mahmud Əhmədinejad prezident İlham Əliyevi İrana dəvət edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən «APA»ya məlumat verilib.

İ. Əliyevin iyunun 25-26-da Tehranda keçiriləcək konfransda iştirakı gözlənilir.

Konfransda beynəlxalq terrorizmlə mübarizəyə dair ümumi strategiya hazırlıqları üzrə təkliflər təqdim olunacaq.

İran prezidentinin sədrliyi ilə Tehranda keçiriləcək konfransa 60 ölkədən rəsmi şəxslər dəvət olunub.
XS
SM
MD
LG