«QURTULUŞDAN BAŞLANAN İNKİŞAF»
«Azərbaycan» qəzetinin manşet yazısında deyilir:
«Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda demokratik dəyərlər yalnız Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həqiqi mahiyyət kəsb etməyə başlamış, söz, vicdan, sərbəst toplaşmaq azadlığı praktikada öz yerini tapmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elə ilk aylarda gördüyü işlər göstərdi ki, Azərbaycan yalnız demokratiya yolu ilə gedəcəkdir…».
«Yeni Azərbaycan» qəzetinin də 15 iyun sayında Milli Qurtuluş Gününə aid silsiləvi yazılar yer alıb. Qəzetin birinci səhifəsində yazılıb ki, «Azərbaycanı daha stabil və dinamik inkişaf edən ölkə kimi gördükcə, bu tarixi günün əhəmiyyətini bir daha başa düşürük».
«SAATLI YOLUNUN «QIRXI» ÇIXMADI»
«Saatlı-Musalı-Məzrəli avtomobil yolu açılışından bir ay sonra təmirə bağlanıb», - deyə «Azadlıq» qəzeti yazır.
«Saatlı-Musalı-Məzrəli avtomobil yolunun qırmızı lenti kəsilməzdən əvvəl dövlət başçısına bildirildi ki, yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib, tikinti zamanı böyük həcmdə torpaq işi görülüb, ümumilikdə, 326 min kubmetrə qədər qum-çınqıl, 31 min tona qədər asfalt-beton işləri yerinə yetirilib. Hələ o zaman bu rəqəmlərin kifayət qədər şişirdilmiş olduğu şübhə doğurmurdu. Deyirlər yalanın və digər yaramaz əməllərin üstü 40 gün keçməmiş açılar. Lakin üstündən heç bir həftə keçməmiş həmin yolda qabarma və çökmələr oldu, ardınca isə asfalt örtüyü dağılmağa başladı...».
NAZİRİN LONDON TAKSİLƏRİ «KİTAYSKİ» ÇIXDI
«Yeni Müsavat» qəzeti Böyük Britaniya paytaxtından Bakıya gətirilən avtomobillərdən yazır. Qəzet iddia edir, dizellə işləyən bu taksilər üçün gediş haqqı 3 dəfə şişirdilib:
«Bir neçə gün öncə təqdimatı keçirilən London taksiləri artıq Bakı küçələrində şütüməyə başlayıb. Məlum olduğu kimi, bu taksilərin aparıcı istehsalçısı olan «Marganese Bronze Holdings PLC» şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ilkin olaraq Bakıya bənövşəyi rəngli həmin avtomobillərdən 100 ədədi gətirilib. Paytaxt sakinlərinin marağına səbəb olan taksilər hazırda şəhərin müxtəlif yerlərində müəyyən edilmiş dayanacaqlarda dayanırlar.
Bu arada o da bəlli olub ki, avtomobilləri adıçəkilən şirkətlə Çinin avtomobil istehsalçısı «Geely Automobile Holdings Limited»in birgə müəssisəsi olan «Shanghai LTI» şirkəti istehsal edib. Sonuncu Çində fəaliyyət göstərir... Lakin taksilərin məhz Çində istehsal olunması bəzi suallar doğurur. Çünki həmin «kitayski» avtomobillərin paytaxt şəraitində istismarı zamanı bir sıra problemlər yarana bilər».