Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Şıx və Sahil çimərlikləri yararsızdır


2010-cu ildə Mərdəkan sahil zolaqlarında çimmək qəti qadağan idi, amma...
2010-cu ildə Mərdəkan sahil zolaqlarında çimmək qəti qadağan idi, amma...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasında kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında, “Amburan” çimərliyində, Novxanı və Corat bağlarının sahil ərazilərində 17 modul tipli su təmizləyici quraşdırılıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb.

Su təmizləyici qurğuların quraşdırılmadığı Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində isə bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları norma və standartlara uyğun təmizlənmədən dənizə axıdılır. Buna görə də həmin ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.
XS
SM
MD
LG