Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:09

Milli azlıqların incəsənət festivalı


Arxiv foto
Arxiv foto
İyunun 14-dən 18-ə qədər Bakıda «Azərbaycan - doğma diyar» devizi altında Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların incəsənət festivalı keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, həmin günlər Opera və Balet Teatrında Lənkəran, Şəki, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran bədii özfəaliyyət kollektivlərini çıxışları olacaq.

Festival çərçivəsində iyunun 16-da saat 15.00-da Muzey Mərkəzində «Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət» mövzusunda dəyirmi masa keçiriləcək. 42 mahnıdan ibarət «Azərbaycanda yaşayan xalqların mahnıları» CD diskinin təqdimatı olacaq.

Festivalın yekun konserti iyunun 18-i saat 18.00-da Opera və Balet Teatrında keçiriləcək.

Festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Festivalın bədii rəhbəri və quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.
XS
SM
MD
LG