Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:57

Avropa İttifaqı komissarının Azərbaycana səfəri planlaşdırılır


Ketrin Eşton
Ketrin Eşton
«Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq».

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia «APA»nın suallarına cavab olaraq bildirib. O, viza sadələşdirilməsində məqsədin Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə daha asan yolla səfər edə bilmələrinə şərait yaratmaq olduğunu deyib:

«Bu, çox vacib məqamdır. Çünki bəzi ölkələrlə viza sadələşdirmə proseduru olub. İndi hər iki tərəfdə siyasi iradə olsa, gənclər və bəzi kateqoriyadan olan şəxslər Avropa İttifaqı ölkələrinə daha da asanlıqla səfər edə bilərlər».

R. Kobia qeyd edib ki, danışıqlar prosesinin başlanması üçün mandat gözləyirlər.

R. Kobia Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun (Catherine Ashton) Azərbaycana səfər etmək niyyətində olduğunu da açıqlayıb:

«Xanım Eşton Cənubi Qafqazı çox vacib region sayır. Bu regionun strateji vacibliyi getdikcə artır. O, Azərbaycana və regiona gəlmək istəyir. Lakin hər şey iş qrafikindən asılıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG