Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:47

BVF Belarusu sərt qənaət tədbirlərinə və maaşları dondurmağa çağırır


Beynəlxalq Valyuta Fondu 8 milyard dollar kredit istəyən Belarusu çox ciddi qənaət tədbirlərinə əl atmağa, maaşları dondurmağa və milli valyutanı sərbəst buraxmağa çağırıb.

Baş nazir Mikhail Myasnikovich deyib ki, Beynəlxalq Valyuta Fondunun tamhüquqlu üzvü kimi belə ağır gündə ardım istəməyə haqları çatır. Amma Valyuta Fondunun təmsilçisi Chris Jarvis hələlik görülən tədbirləri yetərli saymayıb.

Təkcə son bir ayda Belarusda qiymətlər bir nemə dəfə bahalanıb, milli valyuta 36 faiz dəyərdən düşüb.

Böhranla mübarizə üçün Rusiyanın yaratdığı İqtisadi Əməkdaşlıq Təşkilatından Belarusa 1.2 milyard dollar ayırmağa razılıq verib.
XS
SM
MD
LG