Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:48

Belarusda sürücülərə qarşı gözyaşardıcı qazdan istifadə olunub


Belarusda polis sürücülərin aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 15 nəfər həbs edilib. Yüzlərlə sürücü Bazar günündən Polşa ilə sərhəddəki buraxılış məntəqəsini bağlamışdı. Sürücülər bu yolla hökumətin iqtisadi siyasətinə etirazlarını bildirirdilər.

Bazar günündən etibarən qüvvəyə minən qaydalara görə, Belarusdan yanacaq və başqa məhsulların çıxarılması kəskin şəkildə məhdudlaşdırılıb.

Hadisə yerinə xüsusi təyinatlı polislər gətiriləndən sonra yol açılıb. Ötən həftə də Mİnskdə sürücülər yancağın qiymətinin 3 dəfə bahalanmasına etiraz edib, nümayiş keçirmişdilər.
XS
SM
MD
LG