Keçid linkləri

2026, 09 Oktyabr, cümə, Bakı vaxtı 03:21

Xaçmazda 2 nəfərin ölümüylə nəticələnən yol qəzası baş verib

Bazar günü Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə rayonun Həsənqala kəndi yaxınlığında baş verib.

“Hyundai Getz” markalı avtomobil yoldan çıxaraq yaxınlıqdakı gölə düşüb.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Yaralı Xudat şəhər xəstəxanasına götürülüb.

Yerli sakinlərin dediyinə görə, maşındakılar Bakı sakinləri olub və onların toydan qayıtdıqları ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG