İyunun 11-i gecə Şəkidə güclü yağış yağıb, qısamüddətli dolu düşüb. Elektrik təchizatına dəyən ziyan nəticəsində işıqlar 3 saat sönüb. Meyvə bağlarına ziyan dəyib.
Bu haqda AzadlıqRadiosuna Şəkidən yerli jurnalist Məmmədsadıq Fətəliyev məlumatı verib.
Şəki rayon fövqəladə hallar komissiyasının sədr müavini Valeh Ələkbərov AzadlıqRadiosuna deyib ki, qasırğa olsa da güclü dağıntı olmayıb. Qısa qapanmaların olmaması üçün ehtiyat tədbirləri görüb.
Kəndlərdə ciddi dağıntılar haqqında məlumat daxil olmayıb.
ZAQATALADA QASIRĞA OLUB
İyunun 11-də axşam Zaqatala qasırğa olub.
Nəticədə tikililər, elektrik və rabitə xətlərinə xeyli ziyan dəyib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, şəhərdəki mədəniyyət və istirahət parkında 70-ə yaxın ağac aşıb, qırılan ağaclar evlərin damı və maşınları zədələyib.
Şəhərdə elektrik enerjisi qismən bərpa olunub.
BALAKƏNDƏ HƏYAT İFLİC OLUB
Bu gecə Balakəndə güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. AnsPress-in bölgə müxbirinin verdiyi məlumata görə, külək və yağış gecə saat 00:00-dan başlayaraq daha da şiddətlənib. Nəticədə rayonun bütün kommunikasiya xətlərinə ziyan dəyib, elektrik xətləri aşıb. Bununla da rayonda elektrik enerjisi və rabitə əlaqəsi kəsilib.
Qazbinə kəndi ərazisində iri gövdəli ağaclar aşıb. Bir minik avtomobili aşan ağacların altında qalıb və 2 nəfər xəsarət alıb.
Balakənd İcra başçısının I müavini Azad Balayevin verdiyi məlumata görə, hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Artıq rayonun bir hissəsinə elektrik enerjisinin verilməsi bərpa olunub.