Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:49

Həbsxanada aclıq edən İranlı jurnalist keçinib


İranlı jürnalist və hüquq müdafiəçisi Reza Hoda Saber həbsxanada 10 günlük aclıqdan sonra infarkdan keçinib.

O 2009-cu ildə İranda keçirilmiş mübahisəli prezident seçkisindən sonra hökumət əleyhinə nümayişlərdə iştiraka görə həbs olunmuşdu.

Reza Hoda Saber təhlükəsizlik qüvvələrinin hərəkətinə görə bu günlərdə atasının dəfn mərasimində ürək tutmasından keçinmiş həmkarı Haleh Sahabinin ölümünə etiraz olaraq həbsxanada açlıq aksiyası keçirirdi.

Həbsxana rəhbərliyi Sahabini atasının dəfninə buraxsa da mərasim zamanı onunla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranır və o döyülərək huşşuz halda xəstəxanada keçinir.

50 yaşlı Reza Hoda Saber fəaliyyətinə görə 2009-cu ildən əvvəl də həbsdə olub.
XS
SM
MD
LG