Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Liviyanın Sabha şəhərində də Qaddafiyə qarşı etirazlar başlayıb


Liviya müxalifətinin yaratdığı ötəri milli şura Qaddafi tərəfdarlarının dayaq məntəqələrindən biri hesab olunan Sabha şəhərində hökumət əleyhinə nümayiş keçirildiyini xəbər verir.

Məlumatlara görə Qaddafi qüvvələri nümayişçilərə atəş açıb, nəticədə 1 nəfər ölüv, 2 nəfərsə yaralanıb.

Həmçinin şənbə günü Tripolinin 50 kilometrliyində yerləşən Zavya şəhəri uğrunda döyüşlər gedib.

Reuters agentliyi isə paytaxt Tripolidən partlayış səsləri eşidildiyini xəbər verir.

Ölkənin şərqi, qərbindəki Misrata şəhəri və Tunis sərhəddinin yaxınlığındakı bir sıra dağ rayonları üsyançıların nəzarətindədir.
XS
SM
MD
LG