Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Qayalıq içində məskən - Kəndivan


Kəndivanda evlər
Kəndivanda evlər

Kəndivan İranın “Şərqi Azərbaycan” vilayətində, Təbrizdən 62 km uzaqlıqda, Üskü şəhərində yerləşir. Səhənd dağının qayalarında insan əli ilə oyulub yaşayış yerinə çevirilmiş bu məkanın tarixi daş dövrünə qədər uzanır. Kəndivanla üz-üzə qarşıdakı dağlardan baxanda bu qeyri-adi insan məskəni bir növ Şərqdə istifadə edilən kəllə qəndə bənzəyir.

Kəndivanın girişində isə kərpiclərdən yeni yaşayış yeri salınır. Deyilənə görə vilayət rəhbərliyinin göstərişi ilə kəndin əhalisi həmin kərpic evlərə köçürüləcək və qayalıqlar muzeyə çeviriləcək. Sakinlərin bəziləri bu planlardan narahatdırlar, deyirlər ki, insanlar qaya evlərdən kərpic evlərə köçürülərsə, Kəndivan məhv olacaq. Çünki indi bu qayalar onun sakinlərinin evləridir, onu hər cür aşınmadan qoruyurlar. Köçdən sonra isə vilayət rəhbərliyi ona ev sahibi kimi qayğı göstərməyəcək və Kəndivan da yaxınlıqdakı Kəhnəmu kəndi kimi xarabalığa çeviriləcək.

Oyulmuş qayaları yaşayış məskəninə çevirən bu insanların yolları da evləri qədər mərtəbəlidir. Oyuq evlərdə su borusu olmadığından tez-tez dar yollarla üzü yuxarı su daşıyan uzunqulaqlara rast gəlmək olar. Tər-qana bata-bata yuxarıya dırmanan bu heyvanları idarə edən qadınlar, eləcə də qız uşaqları özlərin kameramızdan gizlətməyə çalışır.

Bu, qeyri-adi evlərin bir üstünlüyü var, bayırda gün istisindən dayanmaq mümkün olmadığı zaman oyuq evlərdə sərinlik insanın ürəyinə yayılır.

Kəndivanda tez-tez İranın müxtəlif bölgələrindən, xarici ölkələrdən gələn turistlərə rast gəlmək mümkündür. Yerli camaat da bunu nəzərə alıb xalı, corab kimi müxtəlif əl işlərini təklif edir. Qiyməti isə Azərbaycandakından bir oqədər də bahalı deyil. Elə satıcılardan biri söhbətində Naxçıvanda olarkən həm qida, həm yaşayış yerinin bahalılığından gileylənirdi.

KƏNDIVANDAN SƏSLİ FOTOLAR.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG