Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Öldürücü bakteriyanın mənbəyi lobya və noxudun kökləridir


Çox güman ki, Almaniyada yayılmış E. coli adlı öldürücü bakteriyanın mənbəyi lobya və noxudun kökləridir. Bu haqda Almaniyadakı Yolxucu Xəstəliklər İnstitunun rəhbəri Reinhard Burger məlumat verib.

Burger xəstəliyə yoluxanlarının sayının azaldığını, ancaq yeni yoluxanların ola biləcəyini də istisna etməyib.

Eşcoli bakteriyasından indiyə qədər 30 adam ölüb. 3000 adam bakteriyaya yoluxub. Əvvəlcə xəstəliyin mənbəyinin İapaniya xiyarı olduğu bildirilsə də sonra bu təsdiqini tapmadı.
XS
SM
MD
LG