Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Dekabr, çərşənbə, Bakı vaxtı 14:09

«Amerikada təhsil» universitet yarmarkası olacaq


İyunun 11-də ABŞ-Azərbaycan Təhsil Mərkəzində «Amerikada təhsil» universitet yarmarkası təşkil ediləcək.

Yarmarka təxminən iki saat davam edəcək ABŞ-da təhsil almaq istəyən hər kəs bu yarmarkaya qatıla bilər.

ABŞ-Azərbaycan Təhsil Mərkəzi Amerika Şurası, IREX, Bakı Təhsil Məlumat Mərkəzi və ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiyasiyası kimi təşkilatları bir mərkəzdə birləşdirən yeni bir mərkəzdir.

Burada şagirdlər Amerikada təhsil imkanları və Amerika məktəbləri ilə mübadilə proqramı haqqında lazımlı məsləhət və məlumat ala bilərlər.

ABŞ-ın Azərbaycandakı səfiri Mathew Brayza deyib ki, bu mərkəz ABŞ-da təhsillə maraqlanan hər kəsə birbaşa ABŞ universitetlərinə müraciət etmək, səfirliyin mübadilə proqramları ilə tanış olmaq və ya sadəcə ABŞ-da təhsil almış gənclərlə görüşmək imkan yaradacaq.
XS
SM
MD
LG