Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

«Əmək pensiyaları haqqında» qanuna dəyişikliklər edilib


Milli Məclis
Milli Məclis
Milli Məclisin iyunun 10-da keçirilən növbədənkənar iclasında «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, elmi-tədqiqat və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan işləməyənlərin pensiyalarının baza hissəsi elmlər doktoru dərəcəsi üzrə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) üzrə 120 manata qaldırılıb.

İclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, hazırda Azərbaycanda 10 min 723 nəfər elmi dərəcəsi olan şəxs var. Onlardan 1827 nəfəri elmlər doktoru, 8896 nəfər isə elmlər namizədidir. Bu şəxslərin 5910 nəfəri pensiya yaşına çatıb:

«Elmi dərəcəsi olan şəxslərin pensiyası artırılandan sonra onlar hazırda aldıqları maaşın 80 faizi qədər pensiya alacaqlar».

ƏCNƏBİ ÖLKƏNİ VAXTINDA TƏRK ETMƏSƏ, ONU ÇAĞIRAN CƏRİMƏLƏNƏCƏK

Bundan sonra Azərbaycana gələn əcnəbi şəxslər vizada göstərilən müddətdə ölkəni tərk etməsələr, onları ölkəyə dəvət edən hüquqi və fiziki şəxslər cərimə olunacaqlar.

İyunun 10-da Milli Məclis «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna belə dəyişiklik edib.

«Məhkəmə Hüquq Şurası haqqında» qanuna edilən dəyişikliyə görə isə, bundan sonra hakimlərə vəsiqəni Milli Məclis yox, Məhkəmə Hüquq Şurası verəcək.

YAŞ HƏDDİ ELMİ-TƏDQİQAT MÜƏSSİSƏLƏRİNƏ ŞAMİL OLUNMAYACAQ

«Gənclərimiz «Eurovision» yarışmasında Azərbaycanın bayrağını yüksəkliyə qaldırdılar, biz də - elm adamları çalışacağıq ki, elm sahəsində Azərbaycanın bayrağını qaldıraq».

Bunu deputat, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov iyunun 10-da Milli Məclisdəki çıxışında deyib.

Milli Məclis Əmək Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini qəbul edib.

Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi elmi-tədqiqat müəssisələrinə şamil olunmayacaq.

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi 65 müəyyən edilib. Ancaq icra hakimiyyətinin rəyindən asılı olaraq bu müddət uzadıla bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG