Bakı Apellyasiya Məhkəməsinin həyətində Barışıq Skamyası qoyulub.
Vəkil Anar Qasımov bunu yaxşı ənənə hesab edir:
«Bir mülki işlə bağlı proses 1 il davam edə bilər, amma məhkəməyə gələnlər həmin Barış Skamyasında oturub məsələni bir neçə dəqiqəyə həll edə bilərlər. Misal üçün, boşanma işi ilə bağlı məhkəməyə üz tutan iki tərəf həmin skamyanı görüb bir anda fikirlərini dəyişə bilərlər».
Vəkil deyir ki, əslində, bu, məhkəmə sistemində hər hansı bir atribut, rəmz olmasa da, məhkəməyə gələnlərə müsbət mənada psixoloji təsir edir.