Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 08:26

Qırğızıstanda etnik münaqişə qurbanları yad edilir


Bu gün Qırğızıstanda Oş və Cəlal-Abad şəhərlərində etnik qarşıdurma nəticəsində ölənlərin xatirəsi yad olunur. Oşda keçirilən tədbirlərdə prezident Roza Otunbayeva da iştirak edəcək.

Keçən il iyunun 10-dan 14-ə qədər Oş və Cəlal-Abadda qırğızlarla özbəklər arasında etnik zəmində toqquşmalar olmuşdu. Rəsmi məlumatlara görə, həmin toqquşmalarda 435 nəfər ölmüşdü, 2000 adam yaralanmışdı.
This item is part of
XS
SM
MD
LG