Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:08

Qırğızıstan beynəlxalq ittihamları rədd edir


Qırğızıstan ötən ilin iyununda ölkənin cənubunda baş vermiş iğtişaşlara görə cavabdehlərin cəzalandırılmamasıyla bağlı beynəlxalq tənqidləri rədd edib.

Baş prokurorluğun nümayəndəsi Sumar Nasiza AzadlıqRadiosuna müsahibəsində bütün şikayətlərin hərtərəfli araşdırıldığını deyir.

Ötən il Qırğızıstanın Oş və Calal-Abad vilayətlərində türkmənlərlə yerli özbəklər arasında baş vermiş toqquşmalarda 470-ə yaxın adam ölüb.

Amnesty İnternational təşkilatı ölənlərin 75 faizinin özbəklər olduğunu deyir.

Rəsmi məlumatda isə münaqişədən sonra saxlanmış 270 nəfərdən 230-nun məhz özbəklər olduğu bildirilir.
XS
SM
MD
LG