Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 10:47

ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub


Pakistan rəsmiləri ABŞ-ın pilotsuz təyyarəsinin ölkənin şimal-qərbini vurması nəticəsində azı 16 adamın öldüyünü deyirlər.

Onların sözlərinə görə, zərbə Əfqanıstan sərhəddinin yaxınlığındakı Şaval rayonuna vurulub.

Ölənlərin əksəriyyətinin yaraqlılar olduğu güman edilir.

Birləşmiş Ştatlar son vaxtlar bu bölgədə hava əməliyyatlarını intensivləşdirib.

Bazar ertəsi Cənubi Vəziristana endirilmiş 3 belə zərbə nəticəsində 20-dən çox adam ölüb.
XS
SM
MD
LG