Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:58

Rusiya Suriya əleyhinə sanksiyaların əleyhinədir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, BMT-nin Təhlükəsizlik Şurasının Suriya rejimini ittiham edən qərar verməsi ideyasını dəstəkləmir.

Onun bu bəyanatından əvvəl Fransa, Britaniya və ABŞ məlumat vermişdilər ki, onlar BMT-nin Təhlükəsizlik Şurasında Suriya məsələsinə yenidən qayıdılmasını istəyirlər.
Lavrov qeyd edib ki, Təhlükəsizlik Şurası və beynəlxalq qüvvələr Liviyada artıq çətinliyə düşüb.

Rusiya Təhlükəsizlik Şurasında Liviyadakı münaqişəyə müdaxilə edilməklə bağlı qərara səs verməyib.

İTAR-TASS agentliyi bildirir ki, Təhlükəsizlik Şurası Suriyadakı hadisələrin siyasi həllini axtarmalıdır, vəziyyətin hərbi yolla düzəldilməsi yolunu yox.

Rusiya Suriyanın yaxın müttəfiqidir və ölkənin şərqində, Aralıq dənizi sahillərində hərbi qüvvələrini yerləşdirib.
XS
SM
MD
LG