Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:17

Barak Obama Behreyin şahzadəsinə insan hüquqlarının və söz azadlığının vacibliyindən danışıb


ABŞ prezidenti Barak Obama Ağ evdə Bəhreyin şahzadəsi ilə görüşüb.
Ağ Evin məlumatında deyilir ki, Obama varis Şeyx Salman bin Hamad əl-Xəlifə ilə iyunun 7-də keçirdiyi görüşdə bildirib ki, Bəhreyinin stabilliyi vətəndaşların insan hüquqları, söz azadlığı, dinc toplaşmaq imkanlarının mövcudluğundan asılıdır.
Dövlət katibi Hillari Klintonla da görüşən Şahzadə Şeyx Salman bin Hamad əl-Xəlifə deyib:

- Burda olmaq böyük məmnunluqdur. Mən ölkəmin nümayəndəsi kimi burda olmaqdan şərəf duyuram. Bu, böyük sınaqdır, həmçinin xalqımızın irəli aparılması üçün böyük fürsətdir. Biz siyasi və iqtisadi sahələrdəki islahatlar aparırıq. Təkrar edirəm ki, bizim üçün vacib müttəfiq olan ABŞ-la əlaqələrimizi daha sıxlaşdırmaq yollarını axtarmaq üçün burdayam. Fikirləşirəm ki, bu bizim ölkələrin maraqlarını əhatə eləyir.

ABŞ-ın Behreyində beşinci hərbi-dəniz qüvvələri yerləşir. Bu ölkədə əhalinin əksəriyyəti şiə olsa da, hakimiyyəti sünni təriqətinə mənsub şəxslər idarə edir. Bir müddət öncə burda etirazlar başlamışdı. Bəhreyin isə kömək üçün Səudiyyə Ərəbistanından 1000-dən çox hərbi qüvvə istəmişdi və bu qoşun hələ də Bəhreyindədir.
XS
SM
MD
LG