Keçid linkləri

2024, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 19:07

Həm diktaturaları, həm də inqilabları lağa qoyan əsər... Azərbaycan dilində


"Qanun" nəşriyyatı məşhur ingilis yazıçısı Corc Oruelin "Animal farm" povestini "Heyvanıstan" adıyla çap edib.

Əsəri Azərbaycan dilinə Vilayət Quliyev çevirib.

Bu əsər bir fermada baş verən "inqilab"dan bəhs edir. Fermerin əzazilliyi və qəddarlığından bezən heyvanlar üsyana qalxıb onu devirirlər, amma əsər "həppi end"lə bitmir, çünki donuzların rəhbərliyi ilə dəyişən hakimiyyətin mahiyyəti dəyişmir...

Napoleon diktaturası ilə nəticələnmiş Fransa inqilabımı, Stalin totalitarizmi ilə nəticələnmiş Rusiya inqilabımı?

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) ya­ra­dıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüz­illikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır.

Hər iki əsər ya­ran­dıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi po­le­mika doğurmuşlar. Oruell nəsrinin mühüm, diq­qətəlayiq nümunələrindən sayılan “Heyvanıstan” po­ves­ti Azərbaycan dilində ilk dəfə, həm də orijinal­dan tər­cümədə çap olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG