Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

ABŞ xəbərdarlıq edir: Əfqanıstan maliyyə böhranı ilə üzləşə bilər


ABŞ Konqresinin yeni hesabatı xəbərdarlıq edir ki, əgər verilən xarici yardımlardan səmərəli istifadə etməyə başlamasa, Əfqanıstan 2014-cü ildə xarici qoşunlar ölkəni tərk edəndən sonra maliyyə böhranı ilə üzləşə bilər.

Hesabatda deyilir ki, ABŞ-ın Əfqanıstanda dəstəklədiyi stabillik proqramları məhdudlaşdırılıb. Təxminən 10 il ərzində 18,8 milyard dollar xərclənməsi nəzərdə tutulub.

Hesabatda bildirilir ki, israf edilmiş xarici yardım korrupsiya ilə nəticələnə bilər, bazarın müvazinətini pozar, Əfqanıstan hökumətinin resurslara nəzarətini çətinləşdirə bilər.
O da əlavə edilib ki, Əfqanıstanın ümumi daxili məhsulunun 97 faizi beynəlxalq hərbi qüvvələrin xərcləri və donorların yardımları ilə bağlıdır.

Hesabatda deyilir ki, əgər Əfqanıstan indidən düzgün planlaşdırmaya başlamasa, 2014-cü ildə xarici qoşunlar ölkəni tərk edəndən sonra ciddi iqtisadi depressiya ilə üzləşə bilər.
XS
SM
MD
LG