Rusiya Gürcüstanın onun terror aktlarına maliyyə mənbəyi olması ilə bağlı ittihamlarını araşdıracaq. Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, onlar bu ittihamı diqqətlə araşdıracaq.
İnterfax agentliyinin məlumatına görə, Karasin deyib ki, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Giga Bokeria Cenevrədə ona sənədləri verib. Gürcüstan və Rusiya nümayəndələri 2008-ci il iki ölkə arasındakı qısa müharibədən sonra təhlükəsizlik məsələləri ilə bağlı Cenevrədə 16-cı görüşü keçiriblər. Danışıqlara beynəlxalq təşkilatlar vasitəçilik edib.
Giga Bokeria jurnalistlərə deyib ki, əgər Rusiya "bomba kampaniyalarını" dayandırmasa, Cenevrədəki danışıqlar iflasa uğraya bilər.
BMT və AB vasitəçiləri deyirlər ki, bağlı qapılar arxasında gedən danışıqlarda tanınmamış Abxaziya və Cənubi Osetiyada bu aylarda baş verən hadisələrlə bağlı narahatlıqlar və artan gərginliyin mümkün fəsadları müzakirə olunub.
Rusiya 2008-ci ildəki qisa müharibədən sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.