Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Nümayəndələr Palatasının üzvü alt paltarında olan şəkillərini İnternetlə qadın dostlarına göndərirmiş


ABŞ-da nümayəndələr palatasının üzvü göz yaşları içində boynuna alıb ki, o, İnternetlə bir neçə qadına özünün alt paltarında olan şəkillərini göndərib.

Prezident Barak Obamanın mənsub olduğu Milli Demokratiya Partiyasının Nyu-yorkdan olan üzvü Anthony Weiner deyib ki, öz hərəkətindən utanır, amma istefa verməyi planlaşdırmır. Onu da bildirib ki, öz həyat yoldaşı ilə yenə birgə yaşamaq niyyətindədir. Onun xanımı dövlət katibi Hillari Klintonun yardımçısıdır.

Anthony Weiner iyunun 6-da müxbirlərə bildirib ki, o, internetdə altı qadınla "qeyri-uyğun" münasibətdə olub.

Amma 46 yaşlı Weiner heç bir qadınla görüşməyib və fiziki münasibətlərdə olmayıb.
Onun bu bəyanatından sonra Nümayəndələr Palatasında Milli Demokratiya Partiyasının lideri Nancy Pelosi etika komissiyasını Weinerin hərəkətlərini araşdırmağa çağırıb ki, o, Nümayəndələr Palatasının qaydalarını pozubmu?

Bu etiraflarında əvvəl Weiner internetdə gənc qadına özünün iyrənc şəkillərini göndərdiyini təkidlə rədd etmişdi.
XS
SM
MD
LG