Keçid linkləri

2025, 25 May, bazar, Bakı vaxtı 12:40

Avropa tərəvəzlərdə müşahidə olunan bakteriyanın mənbəsini tapa bilmirlər


Avropa Birliyinin kənd təsərrüfatı nazirləri meyvə və tərəvəz məhsullarında E.Coli bakteriyasının yayılmasını müzakirə edəcəklər. İttihamlara görə, bu bakteriya üzündən Avropada, daha çox Almaniyada 22 adam ölüb.

Rəsmilərin bildirdiyinə görə, Lüxsemberqdəki görüş zamanı xəstəlik üzündən ziyan çəkən fermerlərə maddi yardım edilməsi ilə bağlı müzakirələr aparılacaq.

Rusiya Avropa Birliyi ölkələrindən tərəvəz idxalına qadağa qoyub və buna görə də İspaniya, Niderland, Almaniya və Belçika ziyana düşüb.

Almaniya rəsmiləri deyirlər, hələ ki, xəstəliyin yayılma mənbəyi naməlumdur.
XS
SM
MD
LG