Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 16:30

Suriya və İsrail sərhəddəki toqquşmaya görə bir-birini ittiham edir


BMT Baş Katibi Ban Ki-moon Suriyanın İsrail tərəfindən işğal edilən Colan təpələrindəki bazargünkü iğtişaşdan sonra tərəfləri sakitliyə çağırıb. Baş katib toqquşma zamanı zorakılıqdan istifadəni və təxribatçı hərəkətləri pisləyib.

Suriya bildirib ki, İsrail hərbçiləri kütləyə atəş açıb, azı 23 nəfər öldürülüb. İsrail isə bildirir ki, toplaşanlar sərhədləri uçurmağa çalışırlarmış və ölü sayı da yüksək deyil. İsrail həmçinin Suriya rəhbərliyini də ititham edib ki, ölkədaxili etirazlardan diqqəti yayındırmaq üçün sərhəddə təxribata əl atırlar.
XS
SM
MD
LG