Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

Suriyada 120 polis öldürülüb


Suriya Dövlət Televiziyası xəbər verir ki, ölkənin limalında silahlı qruplarla mübarizədə 120 polis əməkdaşı həlak olub. Daha öncə dövlət mediası bildirirdi ki, Jisr al-Shughour yaxınlığında yüzlərlə silahlı şəxslərlə toqquşma olub. Daxili işlər nazirliyi bildirib ki, dövlətə qarşı çıxanlara qarşı səssiz qalmayacaq və ən sərt şəkildə cəzalandıracaqlar.

İnsan haqları fəalları bildirirlər ki, Şənbə günü orda töhlükəsizlik qüvvələrinin reydə başlamasından bu yana azı 35 nəfər öldürülüb. Ümumilikdə mart ayından bu yana 1200 etirazçının öldürülüdüyü bildirilir.
XS
SM
MD
LG