Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Yəməndə prezidentin ölkədən getməsini bayram edirlər


Yəmən müxalifəti hakimiyyətin vitse-prezident Abed Rabbo Mansour Hadi-yə verilməsini alqışlayıb.

Cümə günü iqamətgahı atəşə tutularkən yaralanan Prezident Ali Abdullah Saleh müalicə üçün Səudiyyə Ərəbistanına getdiyi üçün səlahiyyətləri vitse-prezidentə keçib.

Paytaxt Sanaa-da prezidentin ölkədən getməsini bayram ediblər.

30 ildən çoxdur hakimiyyətdə olan Salehin istefası tələbiylə artıq həftələrdir ki, etiraz aksiyaları kçeirilir. Prezident qüvvələri etirazları dəstəkləmək qərarı verən tayfa başçılarından birinə hücum edəndən sonra silahlı münaqişə başlanıb.

Atəşkəsə baxmayaraq, bu gün də azı 3 üsyançı və 3 hökumət əsgəri həlak olub.
Salehin oğlu və varisi olması gözlənilən Ahmed hələ ölkədədir və Respublika Qvardayisına rəhbərlik edir, ölkədəki digər güc strukturlarına da Salehin qohumları rəhbərlik edir.
XS
SM
MD
LG