Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:26

Qadın futbolçulara hicabda oynamaq qadağan edildi


Tehranda keçirilən oyunlardan biri
Tehranda keçirilən oyunlardan biri

İran komandasına texniki məğlubiyyət verərək yarışmadan uzaqlaşdırdılar


İran İslam Respublikasının qadınlardan ibarət yığmasına İordaniya komandası ilə görüşdə 3:0 hesablı texniki məğlubiyyət elan olunub. Bəhreynli hakim bu qərarını xanımların oyun meydançasına hicabda çıxması ilə əlaqələndirib.

“The Telegraph” yazır ki, İran-İordaniya matçı Olimpiada-2012 yarışmasının Əmmanda keçirilən seçmə mərhələsi çərçivəsində baş tutacaqmış. Amma oyundan bir qədər əvvəl Asiya Futbol Konfederasiyası İran komandasını ümumilikdə bu yarışdan uzaqlaşdırıb.

İranın Futbol Federasiyası hakimin bu addımından FİFA-ya şikayət vermək niyyətindədir. Federasiya rəhbəri Əli Kaşafian İSNA agentliyinə deyib ki, o, İslama uyğun geyim məsələsini əvvəllər FİFA ilə müzakirə edərək razılığa gəlib: “Amma indi birdən-birə bu qrarın verilməsinin səbəbini anlamıram”.

Bu vaxta qədər İran qadınlarına hicabda futbol oynamaq icazəsi verilirdi. Amma ötən ilin aprelindən etibarən bu məsələ ətrafında mübahisələr yaranmağa başlayıb. İlk dəfə həmin vaxt İran qadın yığması oyunlardan birinə buraxılmamışdı.
XS
SM
MD
LG