Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

İraqdakı partlayış və hücumlarda 21 nəfər ölüb


Bu gün İraqda baş verən partlayış və hücumlar nəticəsində 21 nəfər ölüb.

Tikrit şəhərində intiharçının maşına qoyulmuş partlayıcını işə salmasından sonra 17 adam həlak olub. Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, ölənlərin çoxu polis əməkdaşlarıdır.

Bağdadın Əhmədiyə rayonunda isə naməlum şəxs nəzarət buraxılış məntəqəsinə atəş açıb. Üç adam həlak olub.

Bağdadın başqa bir rayonunda baş verən partlayışda isə bir nəfər ölüb, on adam yaralanıb.
XS
SM
MD
LG